Səs hüququna malik olmayan səhm

Non-voting stock Sahibinə korporativ məsələlərdə səs vermə hüququnu təmin etməyən səhm. İmtiyazlı səhmlər adətən səsvermə hüququna malik olmur. Bundan başqa şirkət sahibləri şirkətin baş qalarının əlinə keçməsini önləmək üçün yeni səhmdarlara bu tip səhmlər sata bilərlər.
Sərbəst və açıq bazar
Səsli ticarət (açıq yüksək səslə)
OBASTAN VİKİ
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhm Adi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər Səhm nədir və necə alınır?
Malik
Malik — kişi adı.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Adi səhm
Adi səhm — səhmdar cəmiyyəti tərəfindən buraxılmış qiymətli kağız səhmdar cəmiyyətinin nizamnamə kapitalında paya mülkiyyət hüququnu təsdiq edir, cəmiyyətin idarə edilməsində iştirak etmək, ləğv edildikdə əmlakın bir hissəsini almaq hüququ verir. Cəmiyyət, habelə Səhmdarlar Yığıncağının və Direktorlar Şurasının (Müşahidə Şurasının) müvafiq qərarları qəbul edildikdə, sabit olmayan dividendlər şəklində mənfəətin bir hissəsini almaq. Bundan əlavə, mövcud milli qanunvericiliklə dividendlərin ödənilməsinə məhdudiyyətlər qoyula bilər. Beləliklə, məsələn, Rusiyada maliyyə hesabatlarında müəssisənin hesabat dövrü üçün xalis mənfəəti göstərilmədikdə və ya məhkəmə qərarları olduqda (beynəlxalq arbitraj məhkəmələri də daxil olmaqla) dividendlərin ödənilməsi qadağandır. Dividendlər imtiyazlı səhmlərin sahiblərinə faizlər ödənildikdən sonra mənfəətin qalan hissəsindən ödənilir. Adi səhmlərin sahibləri, bir qayda olaraq, səhmdarların ümumi yığıncağında səs vermək hüququna malikdirlər. Adi səhmlər üzrə dividendlərə zəmanət verilmir. Adi səhmlər fond birjasında və ya birjadan kənar satılır. Rusiyada adi səhmlərin mübadilə dəyəri çox vaxt imtiyazlı səhmlərin dəyərindən yüksək olur.
İmtiyazlı səhm
Səhm sertifikatı
Səhm sertifikatı — əmlakın dəyərini təsdiq edən sənədlərə istinad edən hüquqi anlayış. Bu ifadə, Sənətə uyğun olaraq ümumi paylı mülkiyyətdə pay mənasını verən "pay" sözündən ibarətdir. Mülkiyyət üçün Almaniya Mülki Məcəlləsinin 1008-ci maddəsi və sənəd kimi "sertifikat" sözləri. Bir qayda olaraq, "səhm sertifikatı" sözü məhz investisiya sertifikatıdır, 2-ci maddənin 4-cü bəndinə uyğun olaraq eyni zamanda maliyyə aləti olan və investisiya mülkiyyətində payı təmsil edən qiymətli kağızdır. İnvestisiya fondlarında "səhm sertifikatı"nın hüquqi anlayışına rast gəlinir. İnvestisiya Məcəlləsində investisiya sertifikatları "səhm sertifikatları" adlanır; onlar investisiya fondunun fərdi əmlakında payı sənədləşdirir və adlı qiymətli kağızlar və ya sifarişli qiymətli kağızlar ola bilər (İnvestisiya Məcəlləsinin 95-ci maddəsinin 1-ci bəndi). Səhmin dəyəri fərdi əmlakın xalis inventar dəyərinin buraxılmış səhmlərin sayına bölünməsi əsasında hesablanır. Nə depozitar təşkilatı, nə də investisiya şirkəti tərəfindən imzalanmamış səhm sertifikatı etibarsızdır.
Fəzlürrəhman Malik
Fəzlürrəhman Malik (21 sentyabr 1919 - 26 iyul 1988)—İslam alimi. Yenilikçi, “tarixi təfsir” anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan Hazara şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir. 1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır. Fəzlürrəhman 1946-49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində “Fars mədəniyyəti və İslam fəlsəfəsi” müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961-68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir.
Malik Bayramov
Malik Bağışov
Malik Sədaqət oğlu Bağışov (18 avqust 1974, Lerik – 1995) — şəhid. 18 avqust 1974-cü ildə Lerik şəhərində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə hazırda adını daşıyan M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbin 1 ci sinfinə getmiş, 1991 ci ildə A. Nuriyev adına şəhər 1 saylı riyaziyyat təmayüllü orta məktəbinin 10 cu sinfini bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992 ci ildə təhsilini yarıda qoyaraq Vətənin dar günündə onun müdafiəsinə qoşulmuşdur. Beləliklə qısa hərbi təlim keçdikdən sonra Malik ön cəbhəyə düşmənlə mübarizəyə yollanmışdır. Döyüş əməliyyatlarında Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonunun, Haramı düzündə düşmənə ağır zərbələr endirərək həddini bildirmişdir. Buna görə yüksək Komandanlıq tərəfindən cəsur və qorxmaz döyüşçü kimi tanınmışdır. 20 fevral 1995 ci ildə döyüş tapşırığını yerinə yetirərkən minlərlə övladlarımız kimi düşmən gülləsinə tuş gəlmiş və "Şəhidlik" zirvəsinə ucalmışdır. Malik Sədaqət oğlu Bağışovun Fevralın 20-si anım günüdür. Anım günü ilə əlaqədər adını əbədiləşdirən şəhər 3 saylı tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbir keçrilir.
Malik Bəyləroğlu
Malik Bəyləroğlu (d. 21.01.1970, Azərbaycan) — Azərbaycan əsilli türk boksçu. O, Azərbaycanda anadan olub və Sovet İttifaqının milli komandasının tərkibində bir sıra müvəffəqiyyətlər qazanıb. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Türkiyəyə köçdü və Türk vətəndaşlığını qəbul etdi. Boksla “əməkdar məşqçi” Məmməd Eyvazov rəhbərliyi altında məşğul olmuşdur. Öz istedadı sayəsində tez bir zamanda nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ yığma komandasına cəlb edilmişdir. O, dəfələrlə Azərbaycan çempionu, 1986-88-ci illərdə SSRİ birinciliklərinin, bir sıra mötəbər beynəlxalq turnirlərin qalibi və Atlanta yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. 1992-ci ildə Fənərbaxçada idman fəaliyyətinə başlamışdır. 1992-ci ilin 16-18 oktyabr tarixində Kütahyada təşkil edilən Türkiyə Fərdi Boks Çempionatında ilk Türkiyə birinciliyini qazandı. ABŞ-n Atlanta şəhərində təşkil edilən 1996-cı ilin Yay Olimpiya Oyunlarında gümüş medal qazanaraq Türkiyənin bu idman növündə o tarixə qədər olimpiadalarda ən böyük nailiyyətini əldə etdi.
Malik Fərrux
İbrahimov Malik Fərrux oğlu (27 dekabr 1948, Laçın – 2 dekabr 1998, Bakı) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), "Qızıl Qələm" mükafatı laureatı. Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966–1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz" jurnalında çap etdirdiyi "Qartallı Dağlar" şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri" redaksiyasında redaktor, baş redaktor vəzifələrində çalışmışdır. О, dörd il televiziyanın "Ekran" divar qəzetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan" qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər", "Sarı güllər", "Sən də tufanla oynama", "Polismen", "Qar yağır", "Alabəzək yuxular" və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur.
Malik Həsənov
Malik Əvəz oğlu Həsənov (15 fevral 1971, Günəşli, Cəlilabad rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı. 1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir. 1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik etmişdir. Evlidir, 3 övladı var. Malik Həsənov prezidentin köməkçisi Kərəm Həsənovun qardaşıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı seçilmişdir.
Malik Mahmudov
Malik Mahmudov (Malik Rüstəm oğlu Mahmudov; 4 noyabr 1938, Ordubad – 1991) — görkəmli Azərbaycan ərəbşünası, şərqşünas-alim, professor. Malik Rüstəm oğlu Mahmudov 1938-ci ildə noyabr ayinin 4-də Ordubad şəhərində fəhlə ailəsində anadan olmuş, erkən yaşlarında atasını itirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur. 1961–1962-ci illərdə Bağdad Universitetində təcrübə keçmiş 1962-ci ildə Malik Mahmudov ölkəmizdə ərəb ədəbiyyatı üzrə ilk qadın elmlər doktoru professor Aida İmanquliyeva, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov, dosent Malik Qarayev kimi tanınmış şərqşünaslarla birlikdə ərəb şöbəsinin ilk məzunlarından olmuşdur. 1991-ci ildə Malik Mahmudov vəfat etmişdir. İraqdan qayıtdıqdan sonra Malik müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. O, ərəb ədəbiyyatında şərh janrının banilərindən sayılan, Bağdaddakı məşhur "Nizamiyyə" Universitetinin aparıcı müəllimlərindən dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030–1109) həyat və yaradıcılığını dərindən araşdırmışdır. 1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildən 1972-ci ilədək Şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1972-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına baş müəllim kimi dəvət olunmuşdur.
Malik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Malik Mirzəyev
Malik Hüseyn oğlu Mirzəyev (d. 25 dekabr, 1936-cı il, Laçın rayonu, Sadınlar) — dosent, coğrafiya elmləri namizədi. Malik Mİrzəyev 25 dekabr 1936-cı ildə Laçın rayonunun Sadınlar kəndində ziyalı ailəsində anadan olub. Atası Hüseyn Mirzə oğlu Gəncədə və Tiflisdə mükəmməl təhsil almışdır. Malik Mirzəyev Laçın şəhər orta məktəbini bitirmiş, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olmuş, 1961-ci ildə fiziki-coğrafiya ixtisası üzrə məzun olmuşdur. 1961-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Eroziya bölməsində kiçik elmi işçi işləmiş, 1963-1966-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya institutunun əyani aspiranturasını bitirmişdir. 1967-ci ildə “Qarabağ vulkanik yaylasının landşaftı və təbii rayonları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Malik Mirzəyev 1967-1976-cı illərdə Pedaqoji Universitetdə müəllim, baş müəllim, dosent, 1976-1986-cı illərdə ETPEİ-də baş elmi işçi, 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan Müəllimlər İnstitutunda dosent vəzifəsində çalışmışdır. Onun 300-ə qədər elmi-bədii publisistik məaqlələri, kiçik hekayələri, ona qədər kitabı, dərslikləri və metodik vəsaitləri çap olunmuşdur. Məktəblərdə onun müəllifi olduğu “Təbiətşünaslıq” (II, IV, V siniflər) və “Coğrafiya” (VI sinif) dərsliklərindən istifadə olunur.
Malik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Malik Namazov
Malik Qabdullin
Malik Qabdullin (qaz. Мәлік Ғабдуллин; 2 (15) noyabr 1915, Qoysalğan[d], Bozqır general-qubernatorluğu – 2 yanvar 1973, Almatı) — Qazaxıstanlı sovet alim-müəllimi, yazıçı, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (1959), Qazaxıstan SSR-nin əməkdar elm xadimi (1961), filologiya elmləri doktoru, professor (1959), Sovet İttifaqı Qəhrəmanı (1943). 1940-cı ildən bəri Sov.İKP üzvü. Malik Qabdullin 2 (15) noyabr 1915-ci ildə Puxalskoye kəndində (indi Qazaxıstanın Akmola vilayətinin Zerendinsky rayonunda) anadan olub. Birbaşa Kanay Kuttımbetulyin nəslindəndir Orta juzun Qazaxlarının liderlərindən biri, Abılay Xanın baş müşaviri və XVIII əsrin ictimai xadimi. 14 yaşından etibarən Malik məşhur qazax yazıçısı Sabit Mukanovun ailəsində böyümüşdür. 1935-ci ildə Abay adına Qazaxıstan Pedaqoji İnstitutunu bitirib. Məzun olduqdan sonra Malik Qabdullin hərbi xidmətdə idi (1935-1937). Sonra "Sosialist Qazaxıstan" qəzetində ədəbi işçi (1937), "Qazaxıstan pioneri" qəzetinin redaktor müavini (1938), SSRİ Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda tədqiqatçı (1938), 1938 - 1946 — Abay adına KazPİ-də aspirant. Qabdullin, faşistlərin üstünlük təşkil edən qüvvələri ilə döyüşdə 2 tankı qumbara ilə yıxan, çox sayda faşisti məhv edən və 12 əsiri götürən bir qrup əsgərə rəhbərlik etdi.
Malik Qarazadə
Malik Qarazadə (1939, Mollaoba, Masallı rayonu) — şərqşünas alim. Malik Qarazadə 1939-cu ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Dindar bir ailədə böyümüş Malik Qarazadə uşaq yaşlarından ərəb, fars dillərinə, klassik Şərq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına böyük maraq göstərmiş, müqəddəs kitabımız Quranı öyrənməyə başlamışdır. Dinimizə və onun açarı olan ərəb dilinə böyük sevgi Maliki BDU-nun (o zamankı Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinə gətirmişdir. Malik Qarazadə 1957-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinın nəzdində yenicə təşkil edilmiş ərəb şöbəsinə daxil olmuş, 1961-ci ildə oranı vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildə ərəb dili kafedrasına müəllim təyin olunmuşdur. M. Qarazadə 1962-ci ilin yanvarından dekabr ayınadək Bağdad Universitetində təcrübə keçmiş, vətənə qayıtdıqdan sonra BDU-da pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ərəb dili kafedrasında çalışdığı müddət ərzində bir neçə dəfə ərəb ölkələrində, o cümlədən Suriyada, İraqda və Yəməndə qısa və uzunmüddətli ezamiyyətlərdə olmuşdur. Pedaqoji fəaliyyətlə elmi yaradıcılığı üzvi surətdə birləşdirən Malik Qarazadə 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə "Müasir ərəb ədəbi dilində söz sırası" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, 1991-ci ildə dosent elmi adını almışdır. Malik müəllim 1995-ci ilin dekabr ayında BDU-nun ilahiyyat fakültəsinın nəzdində təşkil olunmuş dillər kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2008-ci ilin yanvar ayına qədər, daha dəqiq desək, ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. Qırx ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş Malik Qarazadə bu müddət ərzində yüzlərlə ərəbşünas yetişdirməklə yanaşı, bir sıra kitab, dərslik, dərs vəsaiti və s.
Malik Quliyev
Malik Quliyev (1952) — tarzən, sənətşünas Malik Bayram oğlu 1952-ci ildə aprelin 29-da Füzuli rayonunun Kərimbəyli kəndində doğulub. 1960-cı ildə Kərimbəyli kənd məktəbinin birinci sinifinə daxil olub. Mərhum Ağabala Abdullayevin məsləhəti ilə Füzuli rayon musiqi məktəbinə qəbul olunub. 1960-cı ildə musiqi məktəbində və V. Sərdarov adına orta məktəbdə təhsilinin davam etdirib. 1968-ci ildə orta məktəbin VII sinfini və musiqi məktəbini bitirib. Sonra Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbinə (indiki Azərbaycan Dövlət Musiqi Kolleci) qəbul olub, 1972-ci ildə oranı bitirib. Təyinatla Cəbrayıl rayonununa tar müəllimi göndərilib. 1973–1975-ci illərdə hərbi xidmətdə olub. 1976-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub, 1981-ci ildə konservatoriyanı bitirib. Sumqayıt musiqi texnikumunada konsermeystr, müəllim, şöbə müdiri işləyib.
Malik Ramazanzadə
Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası – 22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1970). Malik Ramazanzadə 21 mart 1912-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. Ali təhsilini 1927–1931-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində alıb. Malik Ramazanzadə 1931-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Fizika kafedrasında əmək fəaliyyətinə başlayıb. Həmin kafedrada fasiləsiz olaraq baş laborant, assisent, dosent vəzifəsində, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə kafedrada texniki institutlar arasında ən geniş və müasir avadanlıqlarla təchiz olunmuş və yüksək tələblərə uyğun olan laboratoriyalar yaradılıb. Malik Ramazanzadə 1941-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 1968-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini alıb. O, 1969-cu ildə professor adına layiq görülüb. 21 aprel 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib. Tanınmış maarfçi Malik Ramazanzadə ölkədə ilk dəfə olaraq ali texniki məktəblər üçün Azərbaycan dilində "Ümumi Fizika" adlı dərslik yazıb.
Malik Tiav
Malik Tiav (8 avqust 2001, Düsseldorf) — Alman-Finlandiyalı peşəkar futbolçu,. Hal hazırda İtaliyanın "Milan" klubunda mərkəz müdafiəçisi kimi çıxış edir. Uşaqlıqda Tiav, Almaniyanın Düsseldorf şəhərinin "TV Kalkum-Wittlaer" klubunda oynayıb. Daha sonra "Fortuna Düsseldorf", "Bayer 04 Leverkusen" və "Borussia Münhenqladbax" klublarının uşaq komandalarında oynayıb. 2015-ci ildə "Şalke 04" klubunun gənclər akademiyasına qoşulur. O, 7 mart 2020-ci ildə Bundesliqada "Hoffenhaym" klubuyla 1–1 hesablı heç-heçə ilə bitmiş oyunda "Şalke"nin heyətində peşəkar debüt etdi. 29 avqust 2022-ci ildə Tiav, A Seriyası klubu "Milan" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə bağladı.
Malik Xeyirbəyov
Malik Samik oğlu Xeyirbəyov (19 mart 2002; Cibir, Qusar rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti ==Xeyirbəyov Malik Samik oğlu 2002 ci mart ayınin 19 da Qusar rayonun Cibir kəndində anadan olmuşdur.2008 ci ilde hemin kendin 1 ci sinifine getmişdir.2019 cu ilde Qusar rayon Cibir kend tam orta mektebini bitirib Odlar Yurdu Kollecinin Turizm və Otelçilik fakultesine qəbul olunur .Oxuduğu vaxt Tələbə Gənclər Təşkilatinin fəal üzvi idi.18 yaşi mart ayinda tamam olduğuna göre Kolleci yarimçiq qoyub Həqiqi herbi xidmete yollanir .Herbi xidmeti Ağcabədi nin 161 saylı herbi hissəsində keçirir. Burda xidmet etdiyi 3 aydan sonra Beylaqninin 181sayli herbi hissesinde xidmetini davam etdirir.Beyleqanda xidmet etdiyi 1 ay yarım sonra 2 ci Vətən müharibesi başlayir. Fuzuli ,Cebrayil və Hadrut uğrunda geden ağır döyuşlerde iştirak edir.26 oktyabrda Fuzüli uğrunda geden döyüşlerde Qehremancasina Şəhid olur .30 oktyabrda doğulduğu Cibir kendinde defn olunur.Ölümunden sonra 4 medalla teltif olunub Füzülinin azad olunmasina görə İgidliyə göre Vətən uğrunda Döyüşdə fərqlənməyə göre Azərbaycan Ordusunun əsgəri olan Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Füzuli, Cəbrayıl, və Hadrutun azad edilməsində vuruşmuşdur. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Malik İbrahim
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Malik Əliyev
Malik Təvəkkül oğlu Əliyev (26 dekabr 1986; Naxçıvan, Azərbaycan SSR — 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Malik Əliyev 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsində Komendant bölüyünün komandiri, 2015-ci ildən isə Horadiz Sərhəd Dəstəsinin Komendantlığında Qərargah rəisi vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Значение слова в других словарях